...

Ünvanlı sosial yardımın verilməsi müddətinin azaldılması təklif edilir

Cəmiyyət Materials 2 Aprel 2019 17:40 (UTC +04:00)
Hesablama Palatası ünvanlı dövlət sosial yardımın verilməsi müddətinin azaldılmasını təklif edir.
Ünvanlı sosial yardımın verilməsi müddətinin azaldılması təklif edilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Hesablama Palatası ünvanlı dövlət sosial yardımın verilməsi müddətinin azaldılmasını təklif edir.

Trend-in məlumatına görə, Hesablama Palatası bununla bağlı təkliflərini artıq Nazirlər Kabinetinə təqdim edib.

Təkliflərdə qeyd edilir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.

2015-ci iln mart ayından Azərbaycanda sosial yardım 2 il müddətinə verilir ki, bu da yardım alanların yardıma ümid bəsləməsinə və “ələbaxımlılıq” psixologiyasının formalaşmasına şərait yaradır. Lakin yardım iki il müddətinə verildikdə maliyyə yardımının məbləğinin dəyişməsinə və ya ödənişin dayandırılmasına səbəb olan hallar baş verə bilər. Bu da ödənişin dayandırılması və ya onun məbləğinin dəyişdirilməsi baxımından çətinlik yaradır.

Palata hesab edir ki, bütün bu hallar dövlət büdcəsinin vəsaitlərinin əsassız xərclənməsinə səbəb olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti