...

Sürücülük vəsiqələri ilə bağlı XƏBƏR - Dəyişikliklər olacaq

Cəmiyyət Materials 5 Aprel 2019 08:58 (UTC +04:00)
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.
Sürücülük vəsiqələri ilə bağlı XƏBƏR - Dəyişikliklər olacaq

Bakı. Elçin Mehdiyev - Trend:

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi təsdiq edilib.

Motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün yeni sürücülük vəsiqələri veriləcək.

Həmçinin traktorları və kənd təsərrüfatı texnikası hesab edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini Kənd Təsərrüfatı Nazirliyi Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla təsdiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti