...

Azərbaycan ekoturizmə xarici investisiyalar cəlb edəcək

Cəmiyyət Materials 10 Aprel 2019 07:45 (UTC +04:00)
Azərbaycan Dövlət Turizm Agentliyi eko və aqroturizmin inkişafı üçün fəal işləyir
Azərbaycan ekoturizmə xarici investisiyalar cəlb edəcək

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycan Dövlət Turizm Agentliyi eko və aqroturizmin inkişafı üçün fəal işləyir.

Bunu Trend-ə Agentliyin aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, hazırda ümumilikdə turizm sektoruna, o cümlədən aqroturizm, ekoturizm, dağ turizmi kimi sahələrə xarici investisiyaların cəlb olunması ilə bağlı sənəd hazırlanır:

“Biz bu sənədi bu ilin sonunadək hazırlamağı planlaşdırırıq”.

Aparat rəhbəri qeyd edib ki, turizm sahəsində ciddi islahatlar keçirilib ki, bunların əsasında turizm sənayesinin inkişafına yönəlmiş stimullaşdırıcı paket hazırlanıb.

O əlavə edib ki, bu sahədə islahatlar növbəti illərdə də həyata keçirilıəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti