...

Beynəlxalq reytinq sistemində AzMİU Azərbaycan universitetləri arasında birinci oldu

Cəmiyyət Materials 23 Aprel 2019 13:37 (UTC +04:00)
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 2019-cu ildə yenidən Round University Ranking (RUR Ranking) beynəlxalq reytinq sistemində dünya universitetləri arasında öz yerini qazanıb.
Beynəlxalq reytinq sistemində AzMİU Azərbaycan universitetləri arasında birinci oldu

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 2019-cu ildə yenidən Round University Ranking (RUR Ranking) beynəlxalq reytinq sistemində dünya universitetləri arasında öz yerini qazanıb.

AzMİU-dan Trend-ə verilən məlumata görə, dünyanın top 1000 universitet sıralanmasına Azərbaycandan 2 universitet daxil olub. AzMİU 43.131 balla 532-ci sırada, BDU 42.382 balla 543-cü sırada yer alıb. Onu da qeyd edək ki, Azərbaycan universitetləri arasında AzMİU beynəlxalq RUR Ranking sisteminə daxil olan ilk universitetdir.

Məlumat üçün bildirək ki, RUR Ranking sistemi Rusiyanın RUR Agentliyi tərəfindən 2010-cu ildən bu günə qədər hər il nəşr olunur. Reytinq sistemində 2019-cu il üzrə dünyanın aparıcı universitetləri 4 istiqamətdə 20 göstərici üzrə qiymətləndirilir: tədris, tədqiqat, beynəlxalq əlaqələr və maliyyə. Reytinqin əsas məqsədi ali təhsilə marağı olanları (abituriyentlər, tələbələr, akademik və elmi işçilər) universitetlərə cəlb etməkdir. Dünyanın Harvard, Oksford, Kembric, Kaliforniya Texniki Universiteti kimi nüfuzlu universitetləri də reytinq sistemində ön sıralarda yer alır.

Linkə birbaşa keçid:

http://roundranking.com/universities/azerbaijan-university-of-architecture-and-construction.html?sort=O&year=2019&subject=SO

Məqalədə:
Xəbər lenti

Xəbər lenti