...

Nazir: Formula 1-in iyunda keçirilməsi bağlı danışıqlar aparılır

Cəmiyyət Materials 25 Aprel 2019 09:03 (UTC +04:00)
Azərbaycan Formula 1 Qran Prisi yarışlarının keçirilməsi vaxtının dəyişdirilməsi ilə bağlı danışıqlar aparır.
Nazir: Formula 1-in iyunda keçirilməsi bağlı danışıqlar aparılır

Bakı. Trend:

Azərbaycan Formula 1 Qran Prisi yarışlarının keçirilməsi vaxtının dəyişdirilməsi ilə bağlı danışıqlar aparır. Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildlrib: "Hazırda Formula 1 yarışları 21 mərhələdən ibarətdir. İlk yarış ölkəmizdə iyun ayında keçirilib. Gələcək illərdə də yarışların iyun ayında aparılması üçün danışıqlar aparılır. Hazırda 4 ölkə Qran Pri yarışlarının keçirilməsi üçün növbə gözləyir".

Xatırladaq ki, Bakıda 26-28 aprel tarixlərində Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti