...

Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması ilə bağlı YENİ HAL müəyyən edilir

Cəmiyyət Materials 13 May 2019 07:45 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi ilə bağlı yeni hal müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna yeni bənd əlavə edilir.

Belə ki, qanunun 12-ci maddəsinə (yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi) əlavə edilən yeni bəndə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Qanuna dəyişiklik Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti