"Siyasi repressiya qurbanları mu­zeyi"nin açılışı olub (FOTO)

"Siyasi repressiya qurbanları mu­zeyi"nin açılışı olub (FOTO)

Bakı. Trend:

Dövlət Sər­həd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları mu­zeyi”nin açılışına həsr olunmuş tədbir keçirilib.

DSX-dən Trend-ə verilən məlumata görə, tərbirdə Azərbaycan Respublikası Prezidentinin Hüquq-müha­fizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qa­ra­yev, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi gene­ral-polkovnik Mədət Quliyev, Azərbaycan Respublikasının Ali Məhkəmə­sinin sədri Ramiz Rzayev, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubov, Azərbaycan Respublikasının Hərbi Proku­roru general-leytenant Xanlar Vəliyev, Azərbaycan Respubli­kası­nın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Azərbaycan Ya­zı­çılar Birliyinin sədri Anar, Azərbaycan xalq yazıçısı Çingiz Abdul­la­yev, Azər­baycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direk­toru Yaqub Mahmudov, Azərbaycan Milli Arxiv İdarəsinin rəisi Əs­gər Rə­sulov, Azər­bay­can Respublikası Milli Məclisinin deputatları, Aydın Mir­zəzadə, Əflatun Amaşov, Aqil Abbas və digər rəs­mi şəxslər iştirak etmişlər.

Tədbirdə general-polkovnik Elçin Quliyev, Əbülfəs Qarayev, Anar, Yaqub Mahmudov və general-polkovnik Mədət Quliyev çıxış etmişlər. Çıxışlarda muzeyin ekspozisiyasının Azər­baycan tarixinin ən acı səhifələrini əyani sürətdə əks etdirməsi, 1920-1950-ci illərdə dövlətin apardığı siyasət nəticəsində on minlərlə ic­ti­mai və dövlət xadi­minin, elm, mədəniyyət, incəsənət nümayəndələ­rinin, sı­ra­vi vətən­daş­ların repres­siyaya məruz qalması xüsusi qeyd edilmişdir.

1950-ci illərin ikinci yarısında siyasi rerpessiya qurbanlarına bəra­ət verilməsinə baxmayaraq bolşevizmin hökmranlıq et­di­yi illərdə siyasi rep­ressiyalar haqqında məlumatların yayılmasına qa­dağa qoyulması, yal­nız müstəqilliq illərində - 15 mart 1996-cı il tarixdə Dahi Öndər Heydər Əli­yevin imzaladığı “Siyasi repressiya qur­ban­larının reabilitasiyası haq­qında” Azərbaycan Respublikası Qanununda bu hadisələrə ilk dəfə hü­quqi qiymət verilməsi bildirilmişdir.

Azərbaycan tarixinə bir sərhədçi töhfəsi olaraq Azərbaycan Sər­həd Mühafizəsinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində DSX-nin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin yaradılması 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanlarının fəa­liy­yət göstərməsi ilə bila­vasitə əlaqə­dardır. Bina­nın zirzəmisində həbs olu­nan­ların saxla­nılma kameraları, istintaq otaq­ları, ölüm hökmü çıxarı­lanların güllənməsi yer­ləri mövcud olmuşdur. Muzeyin yaradılmasında əsas məqsədlərdən biri də repres­siya qurban­larının xatirəsinə ehtiram və yaxın keçmişi­mizin qanlı səhi­fələri haqqın­da gənc nəslin nüma­yən­dələrinin düzgün məlu­matlan­dırılmasıdır.

Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Pre­zi­denti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Milli Arxiv İdarəsinin Döv­lət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizlik Xidmətinin arxi­vində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların ha­zır­ladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər Rusiya arxiv­lərindən əldə olunmuş, Qazaxıstan “ALJİR” siyasi repressiya müzeyi tərə­­findən təqdim olunmuşdur. Muzeyin ekspozisiyasının hazırlanma­sına Mədəniyyət Nazirliyi və A.Ba­kı­xanov adına Tarix İnstitutu tərə­fin­dən də köməklik göstərilmişdir.

Müzeyin əsas zalında “Danışan sənəd­lər” adlanan lövhədə rep­res­si­yanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edil­miş sənədlərin surətləri veril­mişdir. Azərbaycanda repressiyanı “qa­nun­laş­dıran” ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 26 may 1920-ci il əmri daha çox diqqəti cəlb edir. Əmrdə əks olunmuş “Hansı evdən güllə atılsa, həmin ev top atəşinə tutula­caq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər” müddəası xal­qımıza qarşı xüsusi amansızlığı açıq-aydın nümayiş etdirir. Diqqəti çəkən daha bir sənəd SSRİ Mərkəzi İcraiyyə Ko­mi­təsinin 1 dekabr 1934-cü il tarixli qərardır. Bu qərara görə terror aktlarına görə cinayət iş­lərinin istintaqı və baxılması on gün­dən artıq olmayan müddətdə başa çatdırılmalı, dindirmələr tərəflərin işti­rakı olmadan aparılmalı idi. Bu işlər üz­rə hökmlərdən kassasiya şikayəti, həmçinin əfv haqqında vəsatət­lərə yol verilmirdi, ölüm cə­zası haqqında hökm qəbul edildikdən sonra dərhal yerinə yetirilirdi.

Muzeyin əsas zalında yerləşdirilən lövhələrdən biri rerpessiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Burada həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar – Həbib bəy Səlimov, Firudin bəy Vəzirov, Süleyman bəy Sulkeviç, İb­rahim ağa Usubov və digərləri, həm də sovet Azərbay­canının hərbiçiləri – generallar Cəmşid Naxçıvanski və Qambay Vəzirov, pol­kovniklər Qalib Vəkilov, Məmməd Veysov, Seyfulla Mehtiyev və baş­­qaları haqqın­da məlumat və fotoşəkillər verilmişdir.

Növbəti lövhə 1920-ci ilin yanvarında təhsil almağa və təhsillərini davam etdirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avro­paya göndərilən gənclərin təhsillərini başa vurub Vətənə qayıdandan sonra məruz qaldıqları repressiyalara həsr edilib. Belə ki, Vətənə dön­müş 56 ali təhsilli mütəxəssisin 38-i güllələnib və ya sürgün edil­mişdir.

Siyasi repressiya qurbanı olan qadınlara həsr olunmuş lövhədə güllə­lənmiş beş qadın – Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanova, həmçinin güllələnmiş “xalq düşmənlərinin” islah-əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşları haqqında məlumatlar verilmişdir. Lövhədə qadınların həbsi və cəzası ilə bağlı sənədlərin surətləri yerləşdirilmişdir. Tanınmış şair Əh­­məd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin himayəsində dörd azyaşlı uşaq olmasına baxmayaraq, sürgün edil­­məsi haqqında sə­nədin surəti də lövhədə yer almışdır. Qadınların repressiyasına həsr olunmuş daha bir lövhədə Vətən Xainləri Qadınlarının Akmola Düşər­­gə­sində (АЛЖИР – Ак­мо­линский Лагерь Жен Изменников Родины) cəza çəkmiş 44 azər­baycanlı qa­dın haqqında məlumat verilmişdir.

Ayrıca bir lövhə böyük dramaturq və şair Hüseyn Cavidə həsr edil­mişdir. Təqdim olunan sənədlərdə dahi mütəffəkirimizin sovet dö­nə­min­də üzləşdiyi repressiyalar ifadə olunmuşdur. Növ­bəti löv­hədə Azər­bay­can ziyalıların məruz qaldıqları repressiyalar­dan bəhs edi­lir. Bu­­rada şair Mikayıl Müşviq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mir­zə Şərifzadə və digərlənin güllələnməsi barədə akt­ların və arayışların surətləri nü­mayiş olunur.

Muzeydə azərbaycanlıların Ermənistandan deportasiyasına xüsu­si diq­qət ayrılmışdır. Müvafiq lövhədə yerləşdirilmiş sənədlər sonda azər­baycan­lı­­la­rın doğma torpaqlarından deportasiyası ilə yekunlaşan SSRİ rəhbər­liyinin xaricdə yaşayan ermənilərin Ermənistana köçmə­sinə dəs­təyi, Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətinə kifa­yət qədər diqqət ayırmaması siyasətindən xəbər verir. Həmin löv­hədə Sovet İtti­faqı Kommunist Partiyasının və SSRİ-nin icra orqanla­rının Azər­baycan­da yaşayan almanların və İran təəbəsi olan azərbay­can­lıların respub­likadan çıxarılması haqqında sənədlərinin surətləri də yer­ləş­dirilmişdir.

1920-ci ildən başlayan siyasi repressiyaların ilk qurbanları Azər­bay­can Xalq Cümhuriyyətinin tanınmış simaları - parlament və höku­mət üzvləri olmuşlar. Bir çox musavatçaların və ittihadçıların güllələnməsi və sürgün edilməsi barədə sənədlərin surətləri bolşeviklərin öz siyasi rəqib­lərinə nə qədər amansız olduğundan xəbər verir. Həmin illərdə Azər­bay­ca­nın qabaqcıl ziyalılarının məruz qaldıqları siyasi repressiyaların təşki­lində Azərbaycanın repressiv orqanlarında o dövrdə məsul vəzifələr tutmuş milliyyətcə erməni olan şəxslərin böyük rolunun olması da qeyd olunmuşdur.

Repressiya illərində bolşeviklərin siyasi məhbuslarla davranması ba­rədə ziyarətçilərdə təsəvvür yaratmaq məqsədi ilə muzeydə saxlama kameraları, karserlər, dindirilmə otağı, güllələnmə otağı tarixi rekon­st­ruk­siya üsulu ilə bərpa edilmiş­dir. Muzeyin dəhlizlərində qanunsuz həb­sə etirazı, azadlığa can atmanı simvolizə edən kompozisiyalar quraş­dırıl­­mışdır. “Repressiya burulğanı”, “Ümid işığında” adlı kompozisi­yalar­da zindan həyatını yaşamış və Vətənindən didərgin edilmiş soydaş­la­rı­mı­zın keçirdikləri iztirab və əziyyətləri rəmzi formada ifadə olunmuşdur.

Muzey fəaliyyətə başladıqdan sonra Rusiya və Qazaxıstanda keç­miş islah-əmək düşərgələri və sürgün ərazilərində təşkil olunan si­yasi repressiya muzeyləri ilə əlaqə yaradılması, həmin düşərgələrdə cəza çək­­miş azərbaycanlılar haqqında məlumatların toplanılması və yenilən­miş ekspozisiyalar vasitəsilə ziyarətçilərin diqqətinə çatdırılması, si­ya­si repressiya qurbanlarının yaxın qohumlarının muzeyin işinə cəlb edil­məsi, qanunsuz təqib olu­nan şəxslərə məxsus sənədlərin və əşya­ların əldə olunması istiqa­mətində fəaliyyətin həyata keçirilməsi nəzərdə tu­tul­­muşdur.

Dövlət Sərhəd Xidməti muzeyin fəaliyyətinə kömək məqsədilə si­yasi repressiya qur­ban­la­rı­nın nəvə və nəticələrini, yaxın qohumlarını əməkdaşlığa dəvət edir, muzeyin fondlarının zənginləş­dirilməsinə töh­fə verə biləcək hər bir təşəbbüsü dəstəkləyir.

“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Karantin rejimini pozan Rəşad Dağlı məsuliyyətə cəlb edildi
Karantin rejimini pozan Rəşad Dağlı məsuliyyətə cəlb edildi
Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib (FOTO/VİDEO)
Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
İngilitərə Premyer Liqası: "Çelsi" "Brayton"la heç-heçə etdi
Türkiyədə son sutkada koronavirusdan 55 592 nəfər sağalıb
Bakıda kirayə mənzillər ucuzlaşıb
Bakıda yaşayış binasında yanğın olub
Dünyada koronavirusa yoluxanların sayı 141,7 milyonu ötüb - ÜST
Tovuzda birmərtəbəli ev yanıb
Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Əli Əsədov ilə Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub
Avropa çempionatında güləşçimiz Turan Bayramov gümüş medal qazanıb
Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
Prezident İlham Əliyev: Qarabağ zonasında da sənaye parkları olacaq
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və revanşist düşüncələrdən əl çəkməlidir - Deputat
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Azərbaycan "Şərq tərəfdaşlığı" ölkələri arasında vahid rouminq məkanının yaradılması təşəbbüsünə qoşulub
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir
Prezident İlham Əliyev: Yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcək
SOCAR-ın Türkiyədəki neft-kimya kompleksinin satışlarının artımı proqnozlaşdırılır
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq
Prezident İlham Əliyev: Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir
Prezident İlham Əliyev: Tövsiyə etmişəm ki, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın
Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq
Prezident İlham Əliyev: Əlliyə yaxın aqroparkın yaradılması nəzərdə tutulur
Azərbaycan Prezidenti: Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir
Prezident İlham Əliyev: Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük
Azərbaycan Türkiyədən təxminən 20 milyon dollarlıq avtomobil idxal edib
Bakıda torpaq qiymətləri bahalaşıb
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olunub
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımaların həcmi açıqlanıb
Azərbaycanda ani buraxılış imkanı ilə rəqəmsal kartlar təqdim olunacaq
Karantin rejimini pozan Rəşad Dağlı məsuliyyətə cəlb edildi
Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib (FOTO/VİDEO)
Prezident İlham Əliyevin Hacıqabula səfəri regionların inkişafına olan diqqətin əyani təzahürüdür
Havada toz dumanı müşahidə olunur
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib
AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər
Maliyyə Nazirliyi “Sovetski” adlanan ərazidə yaşamış bir qrup sakinin iddialarına münasibət bildirib
İtkin düşən daha 2 hərbi qulluqçumuzun nəşi tapılaraq ailəsinə təhvil verilib
Vətən müharibəsində itkin düşən hərbçilərin sayı açıqlanıb
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib (FOTO/VİDEO)
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq
Aprelin 21-nə USD/AZN rəsmi məzənnəsi
Bir sıra ölkələrdən Azərbaycana quş və quş ətinin gətirilməsi qadağan edildi
Ermənistan 10 noyabr bəyanatının iqtisadi və nəqliyyat əlaqələrinin canlandırılması ilə bağlı bəndinə əməl etmir - "Azernews"
Kunio Mikuriya: Azərbaycan gömrük xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində atdığı addımları alqışlayırıq (FOTO)
Məhkəmə həbsdə olan generalın vəsatətini rədd etdi
Bu ilin ilk rübündə ƏƏSMN-in e-xidmətlərinə 3,5 milyon müraciət qeydə alınıb
Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq
Xalq Bank ilin ilk rübünün yekunlarını açıqladı
“Enactus Azərbaycan Yaz Məktəbi” layihəsi baş tutub (FOTO)
Abşeron yarımadasındakı göllərin abadlaşdırılmasına iş adamları cəlb ediləcək
Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum oldu
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 197 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
Bu il çaylara 6,3 milyon balıq buraxılacaq - Nazirlik
Bakıdakı kanalizasiya şəbəkələrinin təxminən 50-55 faizi mərkəzləşdirilməyib - Agentlik sədri
Bakı Avro-2020-nin daha çox matçını qəbul edə bilər
ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək
Clarivate Analytics şirkəti müəllimlərimiz üçün növbəti vebinar keçirib
Özünüməşğulluq proqramına cəlb olunanların sayı bu il 2017-ci ilə nisbətən 13,6 dəfə artacaq
İsmayıllıda məclis keçirilməsinin qarşısı alınıb
Maştağada 9 obyektin su təchizatı şəbəkəsinə qanunsuz qoşulması aşkarlanıb
Angela Merkel Qarabağdan danışdı
Çad prezidenti qiyamçılarla qarşıdurmada öldü
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (FOTO/VİDEO) (YENİLƏNİB)
Hər zaman partlamağa hazır bomba: Ermənistanın “Metsamor” təhdidi
KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Azərbaycan-Türkiyə İş Adamları Forumu keçirilib (FOTO)
Zəngilanda Ermənistanla dövlət sərhə­dində yeni hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
Pakistan Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir - HDQ komandanı
Prezident İlham Əliyev Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib (FOTO)(YENİLƏNİB)
Güclü külək əsəcək - Xəbərdarlıq
İsrailli jurnalistlər Füzulidə ermənilərin tövləyə çevirdiyi Karvansarayda olublar (FOTO)
Prezident İlham Əliyev Hacıqabulda "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbirində iştirak edib (FOTO)(YENİLƏNİB)
UNEC ingilis dili müəllimləri üçün vakansiya elan edir
İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb
Könül Nurullayeva Pakistanın nüfuzlu mətbu orqanında post-münaqişə dövrünün reallıqlarını əks etdirən məqalə ilə çıxış edib
Azərbaycanda qızıl ucuzlaşıb
Sabah 30 dərəcəyədək isti olacaq, külək əsəcək
Minaya düşüb gözlərini və ayağını itirən agentlik əməkdaşı: O ərazilərə icazəsiz getməyin - Trend TV-nin REPORTAJI
Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib
Azərbaycan vətəndaşlarının əsasən hansı ölkələrə səfər etdiyi açıqlanıb
“Azərkosmos” “Azconnexus” peyk internet platformasını istifadəyə verib
İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın NEXI şirkəti arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
9 minə yaxın şəxs poliklinikada, 4 əlil isə evində peyvənd olunub - Şöbə müdiri
Əfqanıstanda qubernatorun iqamətgahında partlayış törədilib
C.Naxçıvanski adına hərbi liseydə ilk möhtəşəm yubiley tədbiri keçirilib (FOTO/VİDEO)
Bakı Ali Neft Məktəbində “Post-COVID dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar (FOTO)
BNA tanınmış reperə vəzifə verilməsi məsələsinə aydınlıq gətirdi
Bu il Azərbaycana gələnlərin sayı açıqlanıb
Paşinyan iki nazir müavinini vəzifədən azad edib
Bir sıra tibb müəssisələrində yoxlamalar başlanıldı (FOTO/VİDEO)
Məcburi köçkün məktəblərinin dislokasiyası tez-tez dəyişir - Təhsil Nazirliyi
Prezident İlham Əliyev Hacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatında iştirak edib (FOTO)(YENİLƏNİB)
Həftədə 500 qaziyə psixoloji yardım göstərilir - Səhiyyə Nazirliyi
Rumıniya və Azərbaycan ticarət münasibətlərinin inkişafı üçün böyük potensiala malikdir – XİN
Prezident İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib (YENİLƏNİB) (FOTO)
Prezident İlham Əliyev Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi tədbirində iştirak edib (FOTO) (YENİLƏNİB)
AFFA Super Liqanın yaradılmasına münasibət bildirdi
Bütün xəbərlər