...

Ombudsman Düşənbədə beynəlxalq elmi-praktiki konfransda iştirak edib

Cəmiyyət Materials 27 May 2019 19:48 (UTC +04:00)
“Tacikistan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans olub.
Ombudsman Düşənbədə beynəlxalq elmi-praktiki konfransda iştirak edib

Bakı. Trend:

Azərbaycan Ombudsmanı Elmira Süleymanova bu günlərdə Tacikistan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən Düşənbə şəhərində təşkil olunan “Tacikistan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

Trend-in məlumatına görə, tədbirdə Orta Asiya ölkələrinin insan hüquqları üzrə Ombudsman və ekspertləri ilə yanaşı dövlət orqanlarının rəhbərliyi, ATƏT, Avropa İttifaqı, BMT və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Milli huquq müdafiə təşkilatlarının Beynəlxalq Koordinasiya Komitəsinin və başqa beynəlxalq qurumların, eləcədə elmi ictimayyət və qeyri-hökümət təşkilatları nümayəndələri iştirak edirdilər.

Beynəlxalq konfrans çərçıvəsində Milli İnsan Hüquqları İnstitutlarının (MİHİ) indiki dövr üçün dörd əsas istiqamət üzrə fəaliyyətləri nəzərdən keçirilmiş, belə ki, Mərkəzi Asiya ölkələrində Milli İnsan Hüquqları institutlarının yaradılması, təcrübə, nailiyyət problemləri və regional əməkdaşlığın perspektivləri, Paris prinsiplərinin milli İnsan hüquqları qurumlarının fəaliyyətində tətbiqi, Insan hüquqları sahəsində Beynəlxalq öhdəliklərin həyata keçrilməsində MİHİ-nin rolu, və Milli hüquq müdafiəsi təşkilatlarının dövlət orqanları və vətəndaş sektoru ilə qarşılıqlı əməkdaşlığı mövzuları üzrə sesiyalarda geniş fikir mübadiləsi və müzakirələr aparılmışdır.

"Insan hüquqları sahəsində Beynəlxalq öhdəliklərin həyata keçrilməsində MİHİ-nin rolu" mövzusuna həsr olunmuş sessiyada E. Süleymanova “Ombudsmanın fəaliyyətində beynəlxalq hüquqi normalar” mövzusunda geniş məruzə ilə çıxış edib və azərbaycan təcrübəsi haqqında geniş məlumat verib.

Çıxışında Müvəkkil, Azərbaycan Ombudsman Təsisatı Milli İnsan Hüquqları İnstitutu olaraq Paris Prinsipləri əsasında fəaliyyət göstərən müstəqil bir qurum oduğu və Müvəkkil mandatı çərçivəsində insan hüquqlarının müdafiəsində, vətəndaş mühitinin qorunmasında, insan hüquqlarının və qanunun aliliyinin təşviq edilməsində, vətəndaş cəmiyyətinin dəstəklənməsində bütün imkanlarından istifadə etdiyini və əməkdaşlığa hər zaman açıq olduğunu qeyd etdi.

Qeyd olundu ki, Azərbaycan Ombudsmanın təşəbbüsü ilə İnsan Hüquqları üzrə Müvəkkil yanında müxtəlif qeyri-hökumət təşkilatlarının və müstəqil ekspertlərin, hüquq müdafiəçilərinin təmsil olunduğu, ölkədə insan hüquqlarının əsas istiqamətləri üzrə vəziyyətin təhlil edilməsinə, milli qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq hüquqi sənədlərin implementasiyası üzrə təkliflər hazırlanmasına mühüm töhfə verən müstəqil Ekspertlər Şurası fəaliyyət göstərir. Bu yanaşma özü ölkə təcrübəsində ilk olmuş və QHT-lərin fəaliyyətinin dəstəklənməsinə, dövlət qurumları yanında vətəndaş cəmiyyəti üzvlərindən ibarət ictimai şuraların yaradılmasına, hüquqi bazanın, ictimai iştirakçılıq haqqında qanunvericiliyinin təkmilləşdirilməsində mühüm töhfə vermişdir.

Habelə vurğulandı ki, Dayanıqlı İnkişaf Məqsədləri (DİM), “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulan insan hüquqları ilə bağlı müddəa və tövsiyələrin öyrənilməsi, bu məqsədlə mərkəzi və yerli icra hakimiyyətləri orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və beynəlxalq təşkilatları da cəlb etməklə birgə səylərlə icrası prosesinə dəstəyin verilməsi, əhali arasında geniş maarifləndirmə işinin təşkil edilməsi; DİM üzrə işçi qruplarının tərkibinə müxtəlif sahələrdə ixtisaslaşmış QHT-lərin cəlb olunması, birgə monitorinqlərin davam etdirilməsi və nəticələri üzrə səlahiyyətli orqanlara təkliflərin verilməsi; DİM-lə bağlı Azərbaycan Respublikasının artıq birinci Könüllü Milli Hesabatını BMT-yə təqdim edilməsi, ikinci hesabatın hazırlanması; Azərbaycan Respublikasının Universal Dövri İcmal, habelə BMT-nin saziş qurumlarına hesabatların, həmçinin vətəndaş cəmiyyəti institutları tərəfindən alternativ hesabatların təqdim ediləcəyini nəzərə alaraq, bu sahədə dövlət qurumlarının beynəlxalq təşkilatlar və QHT-lərlə əməkdaşlığının gücləndirilməsi, habelə ictimai müzakirələrin aparılmasına dair təkliflər bu qəbildəndir.

Ombudsman həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsində, sonra isə digər fakültələr də əhatə etməklə “İnsan hüquqları” fənninin tədrisinə başlanıldığı, bundan əlavə Ombudsmanın təklifi ilə bir neçə ildir ki, BDU-da “Genderə giriş” fənninin tədris olunduğu barədə məlumat verib.

Ombudsmanın heç bir ayrı-seçkiliyə yol vermədən əhalinin bütün qruplarının, o cümlədən artıq 30 ilə yaxındır ki, davam edən erməni təcavüzü nəticəsində didərgin düşən qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərdiyi, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin müraciətlərinin dərhal qanunvericiliyə uyğun araşdırılaraq tədbirlərin görüldüyü, ölkəmizdə hər hansı bir millətə münasibətdə fobiyanın olmadığı bildiririb.

Ombudsman Ermənistan tərəfindən beynəlxalq ictimaiyyətin işğala son qoyulması ilə bağlı mövqeyinə, BMT nizamnaməsinə, insan hüquqları sahəsində olan beynəlxalq müqavilələrin müddəalarına əməl edilməsinin, pozulmuş insan hüquqlarının bərpası üçün vacib olduğunu vurğulayıb.

Müvəkkil tədbirdə iştirak edən Ombudsman təsisatlarını və Milli insan hüquqları təsisatlarının nümayəndələrini Davamlı İnkişaf Məqsdələrinin 17-ci məqsədi, habelə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının “İnsan hüquqlarının müdafiəsinə qalx!” devizi altında əməkdaşlığa və birgə fəaliyyətə çağırmışdır.

Səfər çərçivəsində Mərkəzi Asiya Milli İnsan Hüquqları Təsisatların nümayəndələri ilə fikir mübadilələri keçirilmiş, insan hüquqlarının prioritet məsələləri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti