...

UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək

Cəmiyyət Materials 4 İyun 2019 16:59 (UTC +04:00)
İyunun 10-da Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək.
UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək

Bakı. Trend:

İyunun 10-da Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək.

UNEC-dən Trend-ə verilən məlumata görə, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi əmək yarmarkasının keçirilməsində məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri sayılan gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərməkdir.

“Park Inn” otelində saat 10:00-da başlayacaq əmək yarmarkasında bütün ali təhsil müəssisələrində təhsil alan, o cümlədən əlilliyi olan tələbə, magistr və məzunlar təklif olunan müxtəlif iş vakasiyası və təcrübə proqramlarına müraciət edə biləcəklər.

Əmək yarmarkasında iştirak etmək istəyənlər [email protected] ünvanına CV göndərə bilər. Məlumat üçün bildirək ki, elektron CV bazası müfaviq dövlət qurumları, təşkilat və şirkətlərə təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti