...

SON SAAT! Qərb rayonlarında güclü külək əsir, Gədəbəyə dolu yağıb

Cəmiyyət Materials 12 İyul 2019 17:26 (UTC +04:00)
Ölkədə müşahidə edilən faktiki hava açıqlanıb.
SON SAAT! Qərb rayonlarında güclü külək əsir, Gədəbəyə dolu yağıb

Bakı. Samir Əli - Trend:

Ölkədə müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata əsasən iyul ayının 12-də axşam qərb rayonlarından başlayaraq küləyin güclənməsi müşahidə edilir.

Küləyin maksimal sürəti Gəncədə saat 16:08-16:20 radələrində 23-28 m/s, Tovuzda 26 m/s, Ağstafada 16-18 m/s, Şəmkirdə qərb küləyi 22 m/s-yə çatıb. Gədəbəydə 16:02-16:03 radələrində diametri 11 mm olan dolu qeydə alınıb.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti