...

Bu ilin 11 ayında dəmir yolu və dəniz nəqliyyatı ilə daşınan sərnişin sayı açıqlanıb

İqtisadiyyat Materials 12 Dekabr 2025 15:00 (UTC +04:00)
Bu ilin 11 ayında dəmir yolu və dəniz nəqliyyatı ilə daşınan sərnişin sayı açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-noyabr aylarında 15,4 milyon ton yük, 9232,8 min sərnişin daşınıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika komitəsi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,3 faiz azalma, sərnişin daşınmasında isə 20,3 faiz artım müşahidə olunub.

Dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 8334,4 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artıb.

Yüklərin 46,8 faizini neft yükləri təşkil etmişdir. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2 faiz azalaraq 23,6 min nəfər olmuşdur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti