Bakı. Trend:
Dekabrın 12-də Günəşdə “M” (ən güclü “X” sinfindən öncəki –red) sinfindən olan iki güclü alışma qeydə alınıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
“12 dekabr saat 08:05 (Bakı vaxtı ilə 09:05) 4296 nömrəli (S18W73) ləkələr qrupunda yerləşə rentgen diapazonunda M2.0 gücündə alışma qeydə alınıb, müddəti 24 dəqiqə olub. Partlayış II tipli (sürəti V=410 km/s) və IV tipli radioşüalanma artımları və HF-radioəlaqənin pozulması ilə müşayiət olunub”,-deyə məlumatda qeyd olunur.
Növbəti M1.1 gücündə partlayış Bakı vaxtı ilə saat 08:44 –də 4294 nömrəli (S13W89) ləkələr qrupunda baş verib. Alışmanın müddəti 26 dəqiqə olub.
Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 sinfi Yer orbitində kvadrat metrə 10 nanovatt gücündə şüalanmaya uyğun gəlir. Hər növbəti sinfə keçiddə güc on dəfə artır. Alışmalar adətən Günəş plazmasının atılması ilə müşayiət olunur və bu buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.
