Bakı. Trend:
Françesko Açerbi əzələ zədəsi səbəbindən bu il bir daha oynamayacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in müdafiəçisi Çempionlar Liqasında "Liverpul"a qarşı keçirilmiş matçda (0:1) aldığı zədə səbəbindən sıradan çıxıb.
37 yaşlı italyan futbolçu həmin matçın 31-ci dəqiqəsində məcburiyyətdən əvəzlənib.
Açerbi 2025/2026 mövsümündə bütün yarışlarda 12 oyunda bir məhsuldar ötürmə edib.