Bakı. Trend:
Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 12-də ölkəmizin Türkmənistandakı Səfirliyinə gələrək Ümummilli Lider Heydər Əliyevin buradakı büstü önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.
Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
