...

Estoniya və Azərbaycan dəmir yolu ilə yükdaşımalarının genişləndirilməsi üçün potensial görür (ÖZƏL)

İqtisadiyyat Materials 12 Dekabr 2025 14:18 (UTC +04:00)
Estoniya və Azərbaycan dəmir yolu ilə yükdaşımalarının genişləndirilməsi üçün potensial görür (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Estoniya və Azərbaycan dəmiryolu sahəsində və rəqəmsal inteqrasiyada yükdaşımaların genişlənməsi üçün potensial görür.

Bunu Trend-ə verdiyi müsahibədə Estoniya Dəmir Yollarının (AS Eesti Raudtee) kommersiya direktoru Artur Rayxman deyib.

Onun sözlərinə görə, hazırda Estoniya ilə Azərbaycan arasında dəmir yolu əməkdaşlığı o qədər də güclü deyil.

“Yükdaşımaların həcmi böyük deyil – ümumi daşımaların təxminən 1 faizini təşkil edir və axın əsasən Azərbaycandan Estoniyaya doğrudur. Biz əks istiqamətdə daşımalar üçün imkanları müəyyənləşdirərək və ümumi yük dövriyyəsini əhəmiyyətli dərəcədə artıraraq bu vəziyyəti dəyişməyə çalışırıq. Estoniya informasiya texnologiyaları sahəsində öz təcrübəsini təqdim edib və bu istiqamət əməkdaşlıq üçün perspektivli hesab olunur. Mövcud yükdaşıma məlumatlarının rəqəmsal mübadiləsinin tətbiqi, daha sonra isə yük vaqonlarının hərəkəti barədə məlumatın real vaxt rejimində paylaşılması rəqəmsal tərəfdaşlığın konkret başlanğıc nöqtəsinə çevrilə bilər”,-deyə A. Rayxman deyib.

Onun sözlərinə görə, Estoniyanın Orta Dəhlizə inteqrasiyası ilə bağlı müzakirələr aparılsa da, hələlik bu marşrutdan istifadə edən konkret nəqliyyat layihələri mövcud deyil.

A. Rayxman əlavə edib ki, müvafiq layihələrin hazırlanması istiqamətində fəal iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti