Bakı.Trend:
Ölkə əhalisinin sayı ilin əvvəlindən 32 109 nəfər və ya 0,3 faiz artaraq 2025-ci il noyabr ayının 1-i vəziyyətinə 10 milyon 256 min 998 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri təşkil edir.
