...

BŞBPİ küçə ticarəti, dilənçiliklə məşğul olma, antisanitariya və şəhər görkəminə xələl gətirən digər hallara qarşı tədbirlər keçirir (FOTO)

Cəmiyyət Materials 19 İyul 2019 18:56 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə jurnalistərin iştirakı ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirir.
BŞBPİ küçə ticarəti, dilənçiliklə məşğul olma, antisanitariya və şəhər görkəminə xələl gətirən digər hallara qarşı tədbirlər keçirir (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) tabeli orqanları ilə birgə jurnalistərin iştirakı ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirir.

Trend-in məlumatına görə, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbirlərə televiziyalar, informasiya agentlikləri, xəbər saytları, çəkiliş reportyor qrupları cəlb olunmaqla hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, şəhər görkəminə xələl gətirən, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə müəyyən olunmayan yerlərdə - səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması digər hallarla bağlı fəal iş aparılır.

Gecə saatlarına qədər keçirilməsi nəzərdə tutulan tədbir çərçivəsində ictimai təhlükəsizlik idarə və şöbələrinin, post patrul, yol polisi və digər xidmətlərinin əməkdaşları ilə birgə KİV nümayəndələri ilə fərdi profilaktik söhbətlər aparılır.

Kütləvi tədbirdə əsas məqsəd şəhər sakinlərinin məsuliyyət hissinin artırılması, hüquqi düşüncənin formalaşmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti