...

Moskvada bədii gimnastika üzrə dünya çempionatında 2 medal - Azərbaycan gimnastlarının qarşılanması (FOTO)

Cəmiyyət Materials 22 İyul 2019 18:07 (UTC +04:00)
Heydər Əliyev adına Beynəlxalq Hava limanında Moskvada bədii gimnastika üzrə gənclər arasında Dünya Çempionatında iştirak edən Azərbaycan gimnastlarının qarşılanma mərasimi olub.
Moskvada bədii gimnastika üzrə dünya çempionatında 2 medal - Azərbaycan gimnastlarının qarşılanması (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Heydər Əliyev adına Beynəlxalq Hava limanında Moskvada bədii gimnastika üzrə gənclər arasında Dünya Çempionatında iştirak edən Azərbaycan gimnastlarının qarşılanma mərasimi olub.

Trend-in məlumatına görə, bu mötəbər idman yarışı 19-21 iyul tarixlərində keçirilib.

Gimnastların qarşılanma mərasimində Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, idman ictimaiyyətinin nümayəndələri, gimnast yoldaşları, doğmaları, dostları iştirak edirdilər.

Qeyd edək ki, Azərbaycan yığma komandasının üzvü, fərdi proqramda ölkəmizi təmsil edən Arzu Cəlilova çempionatın iki medalına sahiblənib. Gənc gimnastımız ilk olaraq, iplə kompozisiyasına görə 17.400 xalla bürünc medal qazanıb. Arzunun ikinci final çıxışı isə top ilə olub. Təmsilçimiz bu proqramda daha da uğurlu performans nümayiş etdirərək, 19.200 xalla gümüş medala layiq görülüb.

A.Cəlilova Moskvadakı yarışla bağlı təəssüratlarını bölüşərkən bu çempionatın onun üçün çox vacib olduğunu qeyd edib: "Belə bir mühüm yarışda Azərbaycan üçün 2 medal qazanmaq məni çox sevindirir və xoşbəxt edir. Gələcəkdə bizi hələ çox məsuliyyətli yarışlar gözləyir və qarşımıza məqsəd qoyaraq ona doğru irəliləyəcəyik".

Digər fərdi gimnastımız Nərminə Səmədova da bu gün xalça üzərində iki final çıxışı icra edib. Nərminə gürzlərlə 16.700 xal toplayaraq 7-ci, lent ilə çıxışına görə isə 15.825 xalla 5-ci yerdə qərarlaşıb.

Qrup hərəkətləri komandalarına gəldikdə isə Azərbaycan təmsilçiləri Fəridə Səfiyarzadə, Selcan Hacızadə, Ləman Əlimuradova, Milana Əkbərova və Mədinə Əsədova 5 halqa ilə icra etdikləri kompozisiyalarına görə finalçılar arasında olublar. Gənclərdən ibarət komandamızın final çıxışı 19.950 xalla dəyərləndirilib və onlar çempionatı 7-ci olaraq bitiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti