...

Ərdoğan: Türkiyə, Azərbaycan və Gürcüstan fındıq istehsalı sahəsində əməkdaşlığa başlayıblar

Cəmiyyət Materials 26 İyul 2019 20:00 (UTC +04:00)
Türkiyə, Azərbaycan və Gürcüstan fındıq istehsalı sahəsində əməkdaşlığa başlayıblar
Ərdoğan: Türkiyə, Azərbaycan və Gürcüstan fındıq istehsalı sahəsində əməkdaşlığa başlayıblar

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə, Azərbaycan və Gürcüstan fındıq istehsalı sahəsində əməkdaşlığa başlayıblar.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Türkiyə lideri qeyd edib ki, bu sahədə əməkdaşlıq çox vacibdir:

"Hər üç ölkə dünya bazarında əsas fındıq tədarükçüləri hesab olunur. Dünya bazarında fındıq ixracatının 80 faizi Türkiyə, Azərbaycan və Gürcüstanın payına düşür".

R.T.Ərdoğan əlavə edib ki, bu sahədə əməkdaşlıq fındığın dünya bazarlarına tədarük həcmini artıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti