...

Avtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib (FOTO)

Cəmiyyət Materials 9 Avqust 2019 15:01 (UTC +04:00)
Qurban bayramı ilə əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı, iritutumlu "Neoplan"lar da cəlb olunub.
Avtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Qurban bayramı ilə əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı, iritutumlu "Neoplan"lar da cəlb olunub.

Trend-in məlumatına görə, bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib.

P.Məmmədova bildirib ki, bu, öz növbəsində sərnişinlərin komfortlu və rahat gedişini təmin etməyə yardımçı olacaq: “Sərnişinlərdən xahiş edirik ki, səfər etmək istədikləri istiqamətlərə bilet almaq üçün yola düşməyi planlaşdırdıqları saatda deyil, daha öncədən gəlib biletləri əldə etsinlər”.

Qeyd edək ki, BBAK Qurban bayramı ilə əlaqədar avqustun 7-dən 14-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti