...

Əl yükündə ölkəyə 74 500 ədəd aksiz markası keçirərkən tutuldu

Cəmiyyət Materials 19 Avqust 2019 21:24 (UTC +04:00)
Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşı qanunvericiliyə uyğun olaraq şifahi sorğu-sual edilib.
Əl yükündə ölkəyə 74 500 ədəd aksiz markası keçirərkən tutuldu

Bakı. Elçin Mehdiyev - Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşı qanunvericiliyə uyğun olaraq şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı həmin şəxs ona məxsus əl yüklərində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin rentgen aparatından keçirilən əl yüklərində şübhəli cizgilər müəyyən olunub.

Əl yükündə aparılan yoxlama zamanı gömrük orqanlarına bəyan olunmayan 74 500 ədəd aksiz markası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti