...

FAO: Azərbaycanda kənd təsərrüfatı, su və meşəçilik iqlim dəyişikliyinə ən həssas sektorlardandır

Cəmiyyət Materials 24 Sentyabr 2019 12:04 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ən son qiymətləndirmələrə əsasən, Azərbaycanda kənd təsərrüfatı, su və meşəçilik iqlim dəyişikliyinə ən həssas sektorlardandır.

Trend-in məlumatına görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak "Kənd təsərrüfatı və torpaqlardan istifadə sektorunda İstilik effekti yaradan qazların azaldılması üzrə ölkə potensialının gücləndirilməsinə dair" seminarda deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazisinin fiziki və coğrafi xarakteristikası onu iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qoyur. M.Çakmak əlavə edib ki, ölkədə iqlim dəyişikliyinin mənfi təsirləri artıq hiss olunmaqdadır. Bu, özünü daşqınlar, quraqlıqlar, bürkü və eləcə də yazın əvvəlindən başlayaraq havanın temperaturunun kəskin artması şəklində büruzə verir: "Bu baxımdan, ən həssas sektorlarda iqlim texnologiyası üzrə həllərin hərtərəfli qiymətləndirilməsi, adaptasiya üzrə milli strategiya və fəaliyyət planlarının hazırlanması, onların milli sektorlara inteqrasiyası Azərbaycan hökumətinin qarşısında duran əsas prioritetlər arasındadır.

UNFCCC-nin 1-ci Əlavəsində olmayan bir ölkə olaraq Azərbaycan antropogen fəaliyyətin nəticəsi olan istixana qaz emissiyaları və emissiya atqılarının inventarizasiyası və onun davamlı yenilənməsi, eləcə də ictimaiyyətin maarifləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi də daxil olmaqla Milli Məlumatların UNFCCC-ya göndərilməsi üzrə bir sıra öhdəliklər götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti