...

İmişlidə traktor motosikletlə toqquşdu, ölən var

Cəmiyyət Materials 2 Oktyabr 2019 09:46 (UTC +04:00)
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.
İmişlidə traktor motosikletlə toqquşdu, ölən var

Bakı. Samir Əli - Trend:

İmişlidə ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə rayonun Bəcirəvan kəndi ərazisində baş verib.

Rayonun Qaravəlli kənd sakini, 1963-cü il təvəllüdlü Cahangirov İlham Hacı oğlu idarə etdiyi "Belorus - 82" markalı 30 K 248 traktorla Bərcivan kəndindən Bərcivan-Qaralar-İmişli avtomobil yoluna çıxarkən həmin yolla hərəkətdə olan, rayonun Yalavac kənd sakini, 1982-cü il təvəllüdlü Səmədov Samir Ağalar oğlunun idarə etdiyi "İJ-Planet" markalı motosikletlə toqquşub.

Hadisə nəticəsində S.Səmədov İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti