...

Bakıda DƏHŞƏT - 9 yaşlı uşaq küçədə transformatora girib yandı

Cəmiyyət Materials 11 Oktyabr 2019 10:47 (UTC +04:00)
Bakıda azyaşlı küçədə elkektrik transformatorunda yanıq xəsarətləri alıb.
Bakıda DƏHŞƏT - 9 yaşlı uşaq küçədə transformatora girib yandı

Bakı. Samir Əli - Trend:

Bakıda azyaşlı küçədə elektrik transformatorunda yanıq xəsarətləri alıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.

2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub.

Hadisə nəticəsində Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb.

Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti