Helsinki şəhərində "Vətənim Azərbaycan" adlı Azərbaycan mədəniyyət günü keçirilib (FOTO)

Helsinki şəhərində "Vətənim Azərbaycan" adlı Azərbaycan mədəniyyət günü keçirilib (FOTO)

Bakı. Trend:

Finlandiyanın paytaxtı Helsinki şəhərində "Vətənim Azərbaycan" adlı Azərbaycan mədəniyyət günü keçirilib.

Trend-in məlumatına görə, tədbir Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndirisi və Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycanın İsveçdəki müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Ladən Zahidova, rus və türk diaspor nümayəndələri, Helsinkidəki diplomatik korpusun təmsilçiləri, İsveçdəki, Estoniyadakı Azərbaycan diasporunun fəalları, Finlandiyada yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın dövlət himinin səsləndirilməsi ilə başlayan tədbirdə Ülviyyə Cabbarova çıxış edərək bu tədbirin keçirilməsi ilə qarşıya qoyulmuş məqsəd haqqında məlumat verib. O, Azərbaycanın keşməkeşli tarixi, xalqımızın müstəqillik uğrunda apardığı mübarizə haqqında məlumat verib. Bütün çətinliklərə baxmayaraq, ölkəmizin müstəqilliyə yenidən qovuşduğunu vurğulayan diaspor fəalı Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları haqqında da ətraflı məlumat verib.

Azərbaycanın zəngin mədəni irsinin olduğunu vurğulayan Ü.Cabbarova bu irsin qorunub saxlanılması və təbliği üçün Azərbaycan dövlətinin yürütdüyü siyasət haqqında geniş məlumat verib. Diaspor təşkilatının rəhbəri ölkəmizin mədəni özünəməxsusluğu və bəşəriyyətin mədəni inkişafına verdiyi töhfələr barədə də danışıb.

Azərbaycanın İsveçdə və eyni zamanda Finlandiyadakı müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə çıxış edərək Azərbaycan diasporunun fəal üzvü Ü.Cabbarovaya və onun rəhbərlik etdiyi təşkilata belə bir tədbiri təşkil etdiyi üçün təşəkkürünü bildirib. Diplomat bu kimi tədbirlərin əhəmiyyətini vurğulayaraq bu gün həqiqətən də Azərbaycanla Finlandiya arasında dostluq körpüsü yaradılmasının şahidi olduğunu qeyd edib. Günəş Rüstəmzadə bildirib ki, belə bir tədbiri keçirməklə Ü.Cabbarova virtual körpü yaradaraq iştirakçıları Azərbaycana aparır və ölkəmizin zəngin mədəniyyəti ilə yaxından tanış edir. Müvəqqəti işlər vəkili deyib: “Burada bu gün Azərbaycanın qədim torpağı olan Dağlıq Qarabağın işğalı haqqında ətraflı məlumat verildi. Mən də fürsətdən istifadə edərək, işğal altındakı torpaqlarımızın tezliklə erməni işğalından azad olunmasını, yaxın gələcəkdə Ü.Cabbarovanın təşkilatçılığı ilə soyuq Helsinkidən isti Azərbaycanın əzəli torpağı Qarabağımıza gedərək belə tədbirlərin orada keçirilməsini arzulayıram”.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Ladən Zahidova çıxış edərək Ü.Cabbarovanın diaspor fəalı kimi gördüyü işləri yüksək qiymətləndirib. O deyib ki, Helsinkidə belə bir önəmli tədbirin keçirilməsi əlamətdar hadisədir. Bu tədbir bir daha sübut edir ki, azərbaycanlılar yaşadıqları ölkələrdən asılı olmayaraq öz ana vətənlərini unutmur, onun tarixi keçmişini, mədəniyyətini qoruyub saxlayır və yaşadırlar.

Tədbirin bədii hissəsində Azərbaycan haqqında film nümayiş etdirilib. Daha sonra incəsənət ustalarının iştirakı ilə konsert olub. Qarabağ Azərbaycandır, eləcə də Azərbaycan xalçaları və Azərbaycan şərabları stendlərinin təqdim edildiyi tədbirdə tanınmış fotoqraf Etibar Cəfərovun "Azərbaycanın rəngləri" adlı fotosərgisi də nümayiş olunub.

Azərbaycandan Finlandiyaya gəlmiş incəsənət ustaları Rəvanə Qurbanova, Rövşən Qurbanov və Ceyhun Muradovun ifalarında səsləndirilən muğamlarımız tədbir iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin peşəkar milli rəqs ifaçıları Elnur Süleymanovun və Viktoriya Şahmuradovanın, İsveç-Azərbaycan Dərnəyinin “Qarabağ” Azərbaycan uşaq rəqs qrupunun rəqs nümunələri təqdim olunub.

Əfsanəvi opera, qüsursuz ifalar, parlaq aktyorluq - Traviata təqdim olundu (FOTO/VİDEO)
Əfsanəvi opera, qüsursuz ifalar, parlaq aktyorluq - Traviata təqdim olundu (FOTO/VİDEO)
Bakıda “Netflix”in böyük büdcəli filminin çəkilişləri olub
Bakıda “Netflix”in böyük büdcəli filminin çəkilişləri olub
Xalq artisti Azər Dadaşovun yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)
Xalq artisti Azər Dadaşovun yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyevin çağırışı jurnalistlərin peşəkar məsuliyyətini daha da artırır - Əhməd İsmayılov
Xaricilərin müntəzəm marşrutlarla azad edilmiş ərazilərə səfərinə icazə verilmir - Nazir müavini
Şuşada mina təhlükəsi yoxdur, şəhər partlayıcı sursat və minalardan təmizlənib - ANAMA
Azad edilmiş ərazilərə hər bir vətəndaşa bir dəfə səfər etmək icazəsinin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib
Məhsul qiymətlərində illik dəyişikliklər açıqlanıb
Uşağın hərarəti uzun müddət normadan yüksək olarsa, bu zaman valideynlər nə etməlidir? - Səhiyyə Nazirliyi
Tanışı ilə birgə işlədiyi obyektdən 14 min manatlıq oğurluq etdi (FOTO)
Bu il Azərbaycanda əcnəbilər üçün ayrılan iş kvotasının sayı açıqlanıb
Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib
“Azərbaycan Hava Yolları” yeni “Azal Club” loyallıq proqramını təqdim edir
Ceyhun Bayramov Avstriyaya gedib
Həbsdə olan jurnalistə hökm oxundu
Azad olunmuş ərazilərə vətəndaşlar ildə yalnız bir dəfə səfər edə biləcəklər - RƏSMİ (FOTO)
Azad edilmiş ərazilərə marşrut avtobuslarını polis müşayiət edəcək
2021-ci ildə ÜDM-in real həcmi 5,6 faiz artıb - Mikayıl Cabbarov
Azad edilmiş ərazilərə avtobus biletlərinin alınma qaydası açıqlanıb
Ağdam və Şuşaya ediləcək marşrut səfərlərinin sayı açıqlanıb
Azərbaycanda yeddi mindən çox əcnəbiyə iş icazəsi verilib
Ötən il Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb
Azərbaycan həmişə beynəlxalq öhdəliklərini yerinə yetirib - Ali Məhkəmənin sədr müavini
Bakı-Şuşa və Bakı-Ağdam avtobus marşrutlarının istifadəyə verilmə tarixi və qiymətlər açıqlandı (FOTO)
Azad edilmiş ərazilərə sərnişindaşımaya start verilir
Azərbaycana sığınacaq axtarmaq üçün gələnlərin sayı artacaq - Çingiz Əsgərov
Qarabağa səfərlərlə bağlı sayt yaradılıb
İkinci Qarabağ müharibəsinə qədər 10 mindən çox qaçqına hüquqi yardımlar göstərilib - BMT QAK (FOTO)
Göyçayda qayınatasının həyətində atəş açan şəxs saxlanılıb
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycana təşəkkür edib
Hərbi Akademiyada Bolqarıstanın nümayəndə heyəti ilə görüş keçirilib (FOTO/VİDEO)
Dillər Universitetində çin dilinin müəllimləri üçün elmi-metodiki seminar keçirilib
"Xızı-Abşeron" Külək Elektrik Stansiyasının ölkəmiz üçün faydaları böyük olacaq - Səttar Möhbalıyev
Ova cəhd edən şəxs cəzalandırılıb
Kapital Bank 2021-ci ilin nəticələrini elan edib
Şəkidə ev yanıb
65 toyda monitorinq keçirilib, 4 nəfər cərimələnib
Xarici valyutaların manata qarşı məzənnələri
İmişlidə brakonyerliyə qarşı reyd keçirilib, sintetik tor və qanunsuz ov qurğuları məhv edilib
NATO qarşıdakı dövrdə Azərbaycanla geniş praktiki əməkdaşlığı davam etdirməyə ümid edir
Ağstafa sakinində narkotik və silah aşkar edilib (FOTO/VİDEO)
Saatlıda gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb
"Brent" markalı neftin qiyməti 87 dolları ötüb
Almatıda qanunsuz aksiyalarda iştiraka görə saxlanılanların sayı 2,7 min nəfəri ötüb
Türkiyədə 5 bal gücündə zəlzələ baş verib
Mingəçevir Dövlət Universitetində “20 Yanvar faciəsi Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda dəyirmi masa keçirilib (FOTO)
"Netflix"in işində qüsurlar yaranıb
Kanadada qar fırtınası səbəbilə baş verən qəzalarda 12 nəfər xəsarət alıb
Türkiyədə son sutka koronavirusa 60 mindən artıq yoluxma qeydə alınıb
Ərəb koalisiyası Yəmənin paytaxtına zərbələr endirib, ölənlər var
Şimali Koreya taktiki idarə olunan raketləri sınaqdan keçirib
ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri koronavirusa yoluxub
BMT-nin Baş katibi dünyanı növbəti pandemiyaya hazırlaşmağa çağırıb
"Georgian Airways" aviaşirkəti 150 milyon dollara satışa çıxarılıb
Türkiyə Gürcüstanın "3+3" formatında danışıqlarda iştirakını dəstəkləyir
Avropada "omikron"a görə karantin sərtləşdirilir, Azərbaycanda vəziyyətin sabit qalması üçün nə etməliyik?
Əfqanıstanda zəlzələ nəticəsində 26 nəfər ölüb
Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib
Ceyhun Bayramov Monteneqro parlamentinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
Tuxel 2021-ci ilin ən yaxşı baş məşqçisi seçilib
Qazaxda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub (FOTO)
Mendi 2021-ci ilin ən yaxşı qapıçısı seçilib
Dünyada koronavirusa yoluxanların sayı 325 milyonu keçib
Ombudsman Şamaxıda sosial xidmət müəssisəsinə yerləşdirilən uşaqlarla görüşüb (FOTO)
Qəbələdə avtomobildə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib
Ermənistanda Azərbaycan tərəfindən qaytarılan 6 hərbçi həbs edilib
Qarabağda həyata keçirilən bərpa-quruculuq layihələrində TDMMB ilə əməkdaşlıq imkanlarını müzakirə edilib
Diaqnostik qiymətləndirilmədən keçmiş peşə təhsili müəssisələrinin müəllimlərinin maaşı artırılıb
Azərbaycan əhalisi vəsaitlərini əsasən hansı məhsullara xərcləyir?
Azad edilmiş ərazilərin bərpası dövlət siyasətinin başlıca istiqamətlərindən biridir - TƏHLİL
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10 faizdən çoxunu əhatə edəcək
Azərbaycan məhsullarını əsasən bu ölkələrə ixrac edib
"Washington Post" qəzetində portuqaliyalı səyahətçinin Xınalıq kəndinə səfəri barədə material dərc olunub (FOTO)
AQTA bioloji fəallığa malik qida əlavələri ilə bağlı xəbərdarlıq edib
Öldürmüşəm, yaxşı eləmişəm... - Gəlinini amansızlıqla öldürən qayınata (VİDEO)
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” Günü keçiriləcək
Şamaxıda baxımsız qalan uşaqların anası reabilitasiya prosesinə cəlb olunub
20 Yanvar 1990-cı il müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixidir (FOTO)
ADPU-nun yubiley nəşrləri haqqında vikipediyada məqalələr yaradılıb
Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 359 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib
Bu il Dövlət Məşğulluq Agentliyi beynəlxalq sertifikatlara uyğun mütəxəssis hazırlığı həyata keçirəcək
Bu müəllimlərin maaşı artırıldı
Üç azyaşlı İran vətəndaşı dövlət sərhədini pozaraq Azərbaycan tərəfə keçib
Polşada bıçaqlı şəxs sakinlərə hücum edib, yaralılar var
“Human Rights Watch”un Azərbaycana qarşı qərəzli mövqeyi davam edir - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu “Axens” şirkəti ilə müqavilələr imzalayıb (FOTO)
Yanvarın 18-nə USD/AZN rəsmi məzənnəsi
ADNSU HORIZON 2020 proqramı çərçivəsində beynəlxalq layihədə tərəfdaş kimi iştirak edəcək
DİM hazırlıq kurslarında iştirak etmək istəyənlərə müraciət edib
Əfqanıstanda güclü zəlzələ olub
Dünya iqtisadiyyatında yaşanan inflyasiyanın səbəb və həll yolları - TƏHLİL
Bakının bu rayonunda yaşayış binaları sökülür (FOTO)
Talış kəndinə su xəttinin çəkilişi yekunlaşıb, Suqovuşanda isə işlər başa çatmaq üzrədir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb
Bakıda bir avtobus ağaca çırpılıb, ikisi isə toqquşub
Havanın temperaturu koronavirusun yayılmasına necə təsir edir? - AÇIQLAMA
Şərqşünaslıq İnstitutunun əməkdaşı V Tokio Zirvəsində çıxış edib (FOTO)
“Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişiklik təsdiqləndi
Bu il dünyada işsizlərin sayı 200 milyonu ötəcək - BMT
Uşaqların hüquqlarının qorunması cəmiyyət qarşısında duran əsas vəzifələrdən biridir
Tərtərdə yanğın baş verib (FOTO)
Bütün xəbərlər