...

Şəkidə genişmiqyaslı kampaniya çərçivəsində minlərlə ağac əkilib (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2019 17:21 (UTC +04:00)
650 min ağacın əkilməsi təşəbbüsünə Şəki rayonunun sakinləri də böyük həvəslə qoşulublar.
Şəkidə genişmiqyaslı kampaniya çərçivəsində minlərlə ağac əkilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə Şəki rayonunun sakinləri də böyük həvəslə qoşulublar.

Trend-in məlumatına görə, dekabrın 6-da səhər saatlarından başlanan aksiya zamanı Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı 3 hektar ərazidə, Rayon Mərkəzi Xəstəxanasının ətrafında, Zərifə Əliyeva küçəsi boyunca, M.F.Axundzadə adına mədəniyyət və istirahət parkının ərazisində, Bideyiz kəndinin yaxınlığında 4 hektar ərazidə minlərlə ağac əkilib.

Aksiyada iştirak edən şəkililər Nəsiminin xatirəsinə əkilən ağacların, salınan yaşıllıq zolaqlarının ölkəmizdə ekoloji mühitin daha da sağlamlaşdırılmasına olduqca müsbət təsir göstərəcəyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti