...

Azərbaycan Böyük Britaniyadan populyar uçuş istiqamətləri arasında ilk beşlikdə yer alıb

Cəmiyyət Materials 12 Dekabr 2019 11:43 (UTC +04:00)
Azərbaycan və Bakı Böyük Britaniyadan populyar uçuş istiqamətləri arasında ilk beşlikdə yer alıb
Azərbaycan Böyük Britaniyadan populyar uçuş istiqamətləri arasında ilk beşlikdə yer alıb

Bakı. Trend:

Azərbaycan və Bakı Böyük Britaniyadan populyar uçuş istiqamətləri arasında ilk beşlikdə yer alıb.

Trend-in məlumatına görə, reytinq “Google” axtarış sisteminin məlumat bazasına əsasən tərtib olunub.

Qeyd olunur ki, britaniyalı turistlər arasında 2019-cu ildə populyarlığına görə, Madrid və Bakı ilk iki yerdə qərarlaşıb.

Bu, həmin şəhərlərdə UEFA Çempionlar Liqası və Avropa Liqasının final matçlarının keçirilməsi ilə əlaqədar olub.

Üçüncü və dördüncü yerdə İspaniyanın San Sebastyan və Tenerife qərarlaşıb. İlk beşliyi ABŞ-ın Mayami ştatının Orlando şəhəri tamamlayıb.

Xatırladaq ki, Madriddə Çempionlar Liqasının final matçında “Liverpul” və “Tottenhem”, Bakıda Avropa Liqasının finalında “Çelsi” və “Arsenal” qarşılaşmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti