Bakı. Samir Əli - Trend:
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəbləri Təhsil Nazirliyinin diqqətindədir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi həmin məktəblərdə şagirdlərin dərsliklərlə təmin olunmasını öz üzərinə götürüb:
"Eyni zamanda həmin məktəblərdə kadr təyinatı məsələsi də Təhsil Nazirliyinin diqqətindədir".