...

YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərində ilk dəfə səsverəcək gənc seçicilərlə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2019 18:54 (UTC +04:00)

Bakı. Trend:

YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Milli Məclisin deputatları Rauf Əliyev, Cavid Osmanov, YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov iştirak və çıxış etdilər. Həmçinin tədbirdə ilk dəfə səs verən Milli Aviasiya Akademiyasının tələbəsi Cəlilova Aytən və Abşeron Peşə Litseyinin tələbəsi Mərdiyev Pərvin çıxış etdilər. Çıxışlarda cəmiyyətin, millətin, dövlətin mövcudluğu, inkişafında gəncliyin rolundan bəhs olunmuşdur. Bu baxımdan da hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatının təmin olunmasında, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən və gənclərin aparıcı qüvvəyə çevrilməsindən asılı olması qeyd olundu.

Azərbaycanda gənclərin dövlətin və Azərbaycan xalqının gələcək həyatında müstəsna rola malik olması və aparıcı qüvvəyə çevrilməsi istiqamətində dövlət tərəfindən məqsədyönlü siyasətin həyata keçirildiyi vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti