...

Anar Bağırov: Məhkəmə eksperti hər hansı bir işlə bağlı ekspertiza rəyini gecikdirə bilməyəcək

Cəmiyyət Materials 20 Dekabr 2019 10:59 (UTC +04:00)
Məhkəmə eksperti hər hansı bir işlə bağlı ekspertiza rəyini gecikdirə bilməyəcək.
Anar Bağırov: Məhkəmə eksperti hər hansı bir işlə bağlı ekspertiza rəyini gecikdirə bilməyəcək

Bakı. Samir Əli - Trend:

Məhkəmə eksperti hər hansısa bir işlə bağlı ekspertiza rəyini gecikdirə bilməyəcək.

Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib. Onun sözlərinə görə, yeni dəyişikliklə ekspert bu məsələdə ciddi məsuliyyət daşıyır:

"Yeni dəyişikliklərə əsasən, ekspert müəyyən olunmuş müddətdə rəyi verməsə, ekspertiza mərkəzi cərimə ediləcək. Ona görə də ekspert bu məsələdə diqqətli olacaq. Yəni ekspertiza nəticələrinin vaxtında məhkəməyə təqdim olunmasında ekspert və ekspertiza mərkəzi maraqlı olacaq. Yeni qanunvericiliyə əsasən, mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları ekspertiza fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edə və həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edə biləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti