...

AQTA daha bir quş əti emalı sexinin fəaliyyətini məhdudlaşdırdı (FOTO)

Cəmiyyət Materials 20 Dekabr 2019 15:16 (UTC +04:00)
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində fiziki şəxs Babayev Ceyhun Rafiq oğluna məxsus quş əti emalı müəssisəsində reyd olub
AQTA daha bir quş əti emalı sexinin fəaliyyətini məhdudlaşdırdı (FOTO)

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində fiziki şəxs Babayev Ceyhun Rafiq oğluna məxsus quş əti emalı müəssisəsinə reyd keçirib.

AQTA-dan Trend-ə verilən məlumata görə, reyd zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət etmədən və qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb.

Reyd zamanı heyvan mənşəli məhsulların və xammalının tədarükü, saxlanması və satışının mövcud qanunvericiliyin tələblərinə əsasən həyata keçirilmədiyi məlum olub.

Aşkarlanan faktlar əsasında qanuvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti