...

Bayram ərəfəsində Bakı və Abşeronda şəhid ailələrinə baş çəkilib (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2019 16:48 (UTC +04:00)
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və eləcə də Yeni il bayramı münasibətilə respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailəsinə bayram təbrikləri və sovqatlar çatdırılıb.
Bayram ərəfəsində Bakı və Abşeronda şəhid ailələrinə baş çəkilib (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Milli Qəhrəmanların, veteranların, QHT rəhbərlərinin, baş redaktorların, bir qrup ictimai xadimin iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və eləcə də Yeni il bayramı münasibətilə respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailəsinə bayram təbrikləri və sovqatlar çatdırılıb.

Trend-in məlumatına görə, Səfərbərlik Hazırlığı və Səfərbərlik İdarəsinin rəisi polkovnik Şaiq Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayonu idarəsinin rəisi polkovnik Vüqar Seyidov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayonu bölməsinin rəisi mayor Adil Hüseynov, Azərbaycan Respublikası Çernobıl əlilləri ittifaqı ictimai birliyinin sədri Mirhəsən Həsənov və Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev şəhid Elxan Həsənovun Qaradağ rayon Lökbatan qəsəbəsində yaşayan ailəsinə baş çəkiblər, onları bayram münasibətilə təbrik edib, gündəlik qayğıları ilə maraqlanıblar.

Daha sonra onlar zəngilanlı şəhid Zaur Həsənovun Abşeron rayonu Masazır qəsəbəsində yaşayan ailəsinin qonağı olublar. Şəhid ailələrinə ərzaq yardımı edilib və görüşdə bildirilib ki, respublikamızın müstəqilliyi və vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhid olmuş övladların xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Şəhid ailələri daim Prezident İlah Əliyevin diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunur.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində reallaşdırılan siyasətə müvafiq olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu sahədə müxtəlif layihələr həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti