Bakı. İlhamə İsabalayeva – Trend:
Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Elektron kitabxanasının bazasında 4 250 (982 700 səh.) əlyazma kitabı var.
Bu barədə Trend-ə institutdan məlumat verilib.
İnstitutdan bildirilib ki, 2019-cu il ərzində elektron kitabxananın yaradılması və elektron kataloqun formalaşması üzrə işlər davam edib. Ötən il ərzində 633 nüsxə (218 208 səh.) əlyazma skan edilib. Hazırda əlyazmaların elektron kataloqunun bazasını 10 907 yazı təşkil edir.
Qeyd edək ki, ötən il Türkiyənin İstanbul şəhərində yerləşən Süleymaniyyə Yazma Əsərlər Kitabxanasından İmadəddin Nəsiminin əsərlərinin 47 əlyazma nüsxəsinin elektron variantı əldə olunub.