...

Energetika naziri və nazir müavinləri bölgələrdə vətəndaşlarla görüşəcək

Cəmiyyət Materials 16 Yanvar 2020 11:23 (UTC +04:00)
Qəbula öncədən yazılmaq olar
Energetika naziri və nazir müavinləri bölgələrdə vətəndaşlarla görüşəcək

Bakı. Trend:

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2020-ci il üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, yanvarın 24-də Energetika naziri Pərviz Şahbazov Siyəzən şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Siyəzən rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev küçəsi 90) keçiriləcək.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata əsasən, həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Qobustan şəhərində sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Qobustan Gənclər Mərkəzində (ünvan: Heydər Əliyev prospekti) təşkil olunacaq. Nazir müavini Elnur Soltanov isə Cəlilabad şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 242) başlayacaq.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Siyəzən rayonu üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Seymur Hacıyev, əlaqə telefonu: (050) 250-18-18, email: [email protected]), Qobustan rayonu üzrə Sumqayıt filialı (əlaqələndirici şəxs Ceyhun Nağızadə, əlaqə telefonu: (050) 275-50-01, email: [email protected]) və Cəlilabad rayonu üzrə Lənkəran filialı (əlaqələndirici şəxs Famil Əliyev, əlaqə telefonu: (050) 235-17-57, email: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti