...

Deputatlığa namizəd Afət Həsənova seçicilərlə görüşüb (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2020 09:26 (UTC +04:00)
Seçicilərin problemləri ilə maraqlanan namizəd onların qaldırdıqları məsələlərlə bağlı fikirlərini bildirərək, seçiciləri maraqlandıran sualları cavablandırıb.
Deputatlığa namizəd Afət Həsənova seçicilərlə görüşüb (FOTO)

Bakı. Trend:

32 saylı Suraxanı Üçüncü seçki dairəsindən YAP-ın Milli Məclisə deputatlığa namizədi Afət Həsənova bu gün Bülbülə qəsəbəsi, Deputat küçəsində seçicilərlə görüşüb

Trend-in məlumatına əsasən, görüş zamanı seçki platformasını açıqlayan deputatlığa namizəd Afət Həsənova bildirib ki, möhtərəm Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edilib.

Vətəndaşların sosial-rifah halının daha da yaxşılaşdırılmasını qarşısına məqsəd qoyduğunu qeyd edən deputatlığa namizəd gələcək fəaliyyətində sakinlərin qarşılaşdıqları problemlərin həlli namiə var gücü ilə çalışacağını söyləyib.

Görüşdə çıxış edən qəsəbə sakinləri Afət Həsənovanın layiqli namizəd olduğunu, onun seçkilərdə qələbə qazanacağına inandıqlarını və onun seçicilərini millət vəkili kimi lazımı səviyyədə təmsil edəcəyinə əminliklərini ifadə ediblər.

Daha sonra seçicilərin problemləri ilə maraqlanan namizəd onların qaldırdıqları məsələlərlə bağlı fikirlərini bildirərək, seçiciləri maraqlandıran sualları cavablandırıb.

Sonda görüş iştirakçıları deputatlığa namizəd Afət Həsənovaya uğurlar arzulayıb, yekdilliklə ona səs verəcəklərini bilidiriblər.

Afət Həsənova, həmçinin Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsində seçicilərlə növbəti görüşünü keçirib.

O, respublikamızda bütün sahələr kimi elm və təhsilin inkişafından, bəzi sahələrdə tətbiq edilən innovasiyanın dünyaya nümunə olmasından danışıb. O, Asan xidmət mərkəzlərinin yaradılması və bu modelin artıq Azərbaycan təcrübəsi kimi digər dövlətlərə inteqrasiyasının təqdirə layiq olduğunu qeyd etdi.

Vətəndaşlara xidmətin daha da asanlaşması məqsədi ilə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görüldüyünü, müvafiq hüquqi bazanın formalaşdırıldığını, əhaliyə elektron xidmətlərin göstərilməsinin təmin edildiyini vurğuladı. Sonra namizəd Afət Həsənova seçicilərə özü haqqında məlumatda verdi, onların təklif və problemlərini dinlədi.

Görüşdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının dövlətçiliymiz tarixində önəmli rola malik olduğunu, 9 fevral Milli Məclisə keçiriləcək seçkilərdə həmin partiyanın layiqli namizədi Afət Həsənovaya səs verəcəklərini bildirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti