...

MİDA növbəti Yaşayış Kompleksini tezliklə vətəndaşlara təklif edəcək (VİDEO)

Cəmiyyət Materials 12 Fevral 2020 12:07 (UTC +04:00)
2017-ci ilin dekabrın 24-də Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi Hövsan Yaşayış Kompleksinin ilk 7 mərtəbəli yaşayış binasının təməlqoyma mərasimi keçirilib.
MİDA növbəti Yaşayış Kompleksini tezliklə vətəndaşlara təklif edəcək (VİDEO)

Bakı. Trend:

2017-ci ilin dekabrın 24-də Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi Hövsan Yaşayış Kompleksinin ilk 7 mərtəbəli yaşayış binasının təməlqoyma mərasimi keçirilib.

Bakı şəhərinin Suraxanı rayonunda, Hövsan qəsəbəsinin yaxınlığında 20 hektar ərazidə inşa olunan Hövsan Yaşayış Kompleksi tikinti-quraşdırma işləri yekunlaşdırılmışdır.
Kompleks ümumilikdə 2962 mənzil olmaqla 11 yaşayış binasından ibarətdir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təklif olunacaq. Mənzillərin layihələndirilməsi zamanı ölkəmizin şəhərsalma təcrübəsində ilk dəfə olaraq böyük əsas həyətlərlə yanaşı Avropanın cənub şəhərlərində geniş tətbiq olunan kiçik daxili həyətlər də planlaşdırılmışdır. Bununla da bütün mənzillərin təbii havalandırılması mümkün olacaq.
Hövsan Yaşayış Kompleksinin ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şərait yaradılmış, geniş həyətlər və uşaq oyun meydançaları tikilmiş, yaşıllıqlar salınmışdır. Eləcə də, Kompleksin ərazisində hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, 1920 şagird yerlik bir ümumtəhsil məktəbi və tibb mərkəzi tikilmişdir.

Yaxın zamanlarda mənzillərin satışı barədə elan veriləcək.

Hövsan Yaşayış Kompleksinin hazırki vəziyyəti ilə bağlı hazırlanmış video-çarxı diqqətinizə təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti