...

Agentlik sədri İmişlidə bir ailənin qidadan zəhərlənməsinə münasibət bildirdi

Cəmiyyət Materials 13 Fevral 2020 11:59 (UTC +04:00)
Ötən gün İmişli rayonunda bir ailədə baş verən zəhərlənmə faktı da onu göstərir ki, insanlar ev şəraitində texnologiyalara düzgün əməl etmədən konserv məhsulu hazırlayırlar.
Agentlik sədri İmişlidə bir ailənin qidadan zəhərlənməsinə münasibət bildirdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən gün İmişli rayonunda bir ailədə baş verən zəhərlənmə faktı da onu göstərir ki, insanlar ev şəraitində texnologiyalara düzgün əməl etmədən konserv məhsulu hazırlayırlar.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən gün Azərbaycanda bir ailə ev şəraitində hazırlanan konserv məhsulunu qəbul etdikdən sonra ailənin bir üzvü dünyasını dəyişib. İki nəfər isə qida zəhərlənməsi diaqnozu ilə xəstəxanada müalicə olunur:

"Əhaliyə bir daha müraciət edərək bildirmək istəyirik ki, məhsulları kustar üsulla hazırlayan zaman həddindən artıq diqqətli olsunlar".

AQTA sədri, həmçinin qeyd edib ki, dönərlərlə əlaqədar zəhərlənmə faktlarının ən çox dönər hazırlayan şəxslərin qida ilə düzgün rəftar etməməsi səbəbindən baş verdiyi aşkarlanıb:

"Yəni bir sıra ərzaq məhsullarının saxlanma şəraitinə düzgün əməl etmirlər. Eyni zamanda ət və ət məhsulları, digər tez xarab olan məhsullarla təmasda olarkən sanitar-gigiyenik qaydaya əməl etmirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti