...

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokundan ən maraqlı anlar (FOTO)

Cəmiyyət Materials 15 Fevral 2020 13:07 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku üzrə yarışlar keçirilir.
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokundan ən maraqlı anlar (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku üzrə yarışlar keçirilir.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Trend batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yaddaqalan ən maraqlı anları təqdim edir:

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti