...

Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının səlahiyyətlərindən biri ləğv edilib

Cəmiyyət Materials 20 Fevral 2020 21:16 (UTC +04:00)
Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” qərarında dəyişiklik edib
Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının səlahiyyətlərindən biri ləğv edilib

Bakı. Trend:

Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” qərarında dəyişiklik edib.

Trend-in məlumaına görə, dəyişiklik avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılması ilə bağlıdır.

Qərara əsasən, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılmasına icazə verilməsinə dair səlahiyyəti ləğv edilib.

Avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələri Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyinin (svetoforlar və yol nişanlarına münasibətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla) qərarı ilə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti