...

“Həkimlərimizi tanıyın!” - Yüksəkixtisaslı uzman otorinolarinqoloq Dr. Aynur Vəliyeva

Cəmiyyət Materials 28 Fevral 2020 13:00 (UTC +04:00)
Dr.Aynur Vəliyeva 2015-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim otolarinqoloq kimi fəaliyyət göstərir.
“Həkimlərimizi tanıyın!” - Yüksəkixtisaslı uzman otorinolarinqoloq Dr. Aynur Vəliyeva

Bakı. Trend:

Dr. Aynur Vəliyeva Mərkəzi Gömrük Hospitalında adenoidektomiya, tonzillektomiya, qulaq pərdəsinə parasentez boru yerləşdirilməsi, üzəngi sümükcüyünun plastikası, xarici qulağın plastikasi, qulaq pərdəsinin bərpasi əməliyyatı, açıq və qapalı burun çəpər əyriliyi əməliyyatı, rinoplastika, burun polipləri və burun cibləri xroniki iltihablı xəstəliklərinin cərrahi yolla təmizlənməsi, göz yaşı kanalı tıxanıqlığının cərrahi yolla açılması, boynun ön və yan divarının kistlərinin əməliyyatı, tüpürcək vəzi əməliyyatları, qırtlaq biopsiyaları və poliplərinin xaric edilməsi əməliyyatlarını həyata keçirir.

Dr.Aynur Vəliyeva 2009-cu ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 2008-2009-cu illərdə Klinik Tibbi Mərkəz Xəstəxanasında ümumi cərrahiyyə ixtisası üzrə internatura təhsili almışdır. O, 2010-2014-cü illərdə Ankara Qazi Universitetində qulaq, burun, boğaz və baş boyun xəstəliklləri cərrahiyyəsi üzrə uzmanlıq təhsili almış və uzman otorinolarinqoloq adını qazanmışdır. Dr.Aynur Vəliyeva 2015-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim otolarinqoloq kimi fəaliyyət göstərir.

Öz üzərində çalışan Dr.Aynur Vəliyeva daim xarici ölkələrdə təşkil olunan beynəlxalq konqreslərdə, konfranslarda və simpoziumlarda iştirak edir. O, Türkiyə Qulaq, Burun, Boğaz Cəmiyyətinin, Türkiyə Üz Plastik Cəmiyyətinin və Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin üzvüdür.

Həkim barədə daha ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/aynur-veliyeva. Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404 08 08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti