Bakı. Samir Əli - Trend:
Nazirlər Kabinetininin operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında guya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil, yanlışdır.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Nazirlik rəsmisi bildirib ki, belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir.