...

Azərbaycanda yerli vətəndaşlar arasında lokal xəstəliyə yoluxanlar yoxdur

Cəmiyyət Materials 13 Mart 2020 21:17 (UTC +04:00)
Azərbaycanda yerli vətəndaşlar arasında lokal xəstəliyə yoluxanlar yoxdur.
Azərbaycanda yerli vətəndaşlar arasında lokal xəstəliyə yoluxanlar yoxdur

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda yerli vətəndaşlar arasında lokal xəstəliyə yoluxanlar yoxdur. Bu, yaxşı haldır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, indiyədək xəstələnənlər arasında 3 nəfər sağalıb:

"Hazırda 15 nəfər koronavirus xəstəsi var. Onlar arasında vəziyyəti getdikcə yaxşılaşanlar var. Bir nəfər dünyasını dəyişib, amma o da koronavirusdan ölməyib".

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti