...

Təhsil Nazirliyi evdə dərs öyrənmək istəyənlər üçün tədris resurslarını açıqladı

Cəmiyyət Materials 17 Mart 2020 12:23 (UTC +04:00)
Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbindən dərslərin onlayn öyrənilməsi məqsədilə şagirdlərə mövcud tədris resurslarını açıqlayıb.
Təhsil Nazirliyi evdə dərs öyrənmək istəyənlər üçün tədris resurslarını açıqladı

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbindən dərslərin onlayn öyrənilməsi məqsədilə şagirdlərə mövcud tədris resurslarını açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, "Dərs vaxtı" - “Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı "Facebook" səhifəsindən də izləmək imkanı əldə edə bilərlər.

video.edu.az - portala 1651 videodərs yerləşdirilib. Elektron portalda hər ay belə dərslərin sayı artırılmaqdadır. Portalda 3D animasiyalı videolar, “Khan Academy” dərsləri və qiymətləndirmə sistemli videodərslər mövcuddur. Dərslər yerli və xarici müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır.

www.e-derslik.edu.az - portalda 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 256 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı hazırda 28-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti