...

AzMİU-nun magistratura pilləsində də onlayn təhsilə start verilib (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2020 18:01 (UTC +04:00)
AzMİU-nun magistratura pilləsində də onlayn təhsilə start verilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) magistratura pilləsində də onlayn təhsilə start verilib.

Universitetdən Trend-ə verilən məlumata görə, koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığını nəzərə alaraq AzMİU təhsilin davamlılığını təmin etmək məqsədi ilə bütün dərslər onlayn tədris olunur.

Martın 16-dan etibarən AzMİU-da başlanmış onlayn tədrisin əhatə dairəsi ötən günlər ərzində bir az da genişlənib. Aprelin 3-dən başlayaraq universitetin magistratura pilləsində təhsil alan tələbələr distant təhsilə cəlb olunub. Zoom call proqramı ilə tədris olunan distant dərslər bütün fakültə və ixtisaslar üzrə təhsil alan magistrləri əhətə edir.

Magistratura mərkəzinin direktoru Rövşən Səmədovdan aldığımız məlumata görə, bu günə qədər 8 dərs keçirilib, növbəti günlərdə dərslərin sayı artılaraq bütün qrupları əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti