...

Heydər Əliyev Mərkəzindən Gürcüstana dəstək (VİDEO)

Cəmiyyət Materials 15 Aprel 2020 00:11 (UTC +04:00)
Heydər Əliyev Mərkəzindən Gürcüstana dəstək (VİDEO)

Bakı. Trend:

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 14-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstan Respublikasının bayrağı videoproyeksiya olunub.

Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Aprelin 3-dən başlayaraq virusdan zərər çəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla da Heydər Əliyev Mərkəzi "COVID-19" un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya və Amerka Birləşmiş Ştatlarının bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti