...

Ramin Bayramlı: Xaricdə təhsil alan tibb işçilərinin ölkəmizdə çalışması üçün hər çür şərait yaradılıb

Cəmiyyət Materials 16 Aprel 2020 11:14 (UTC +04:00)
Ramin Bayramlı: Xaricdə təhsil alan tibb işçilərinin ölkəmizdə çalışması üçün hər çür şərait yaradılıb

Bakı. İlhamə İsabalayeva -Trend:

Xaricdə təhsil alan tibb işçilərinin ölkəmizdə çalışması üçün hər çür şərait yaradılıb.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində Türkiyədə tədris keçən 764 nəfərdən 560-sı tibbi təhsilə yiyələnib. Onların 384-ü rezidentura,173 nəfər baza ali tibb təhsili, 3 nəfər magistratura, 16 nəfər isə doktorantura təhsili alıb:

"Həmkarlarımızın Azərbaycanda çalışması üçün çox gözəl şərait yaradılıb. Arzu edirəm ki, gənclərimiz bu 3 aylıq layihənin sonunda Azərbaycanda çalışmaq qərarı verəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti