...

Əlyazmalar İnstitutu 325 əlyazma kitabını rəqəmsallaşdırıb

Cəmiyyət Materials 14 May 2020 14:37 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elektron resurslar şöbəsi tərəfindən 325 türkdilli, ərəbdilli və farsdilli əlyazma kitabı rəqəmsallaşdırılaraq elektron kitabxananın bazasına daxil edilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, elektronlaşdırılmış əlyazmalar mühafizə məqsədilə ehtiyat xarici yaddaş qurğularına köçürülüb:

"Hazırda əlyazmaların elektron kitabxanasının bazasında 4600-dən çox kitab abidəsi saxlanılır. Bunlardan elmi müəssisənin tədqiqat aparan alim və mütəxəssisləri istifadə edə bilərlər".

İnstitutdan qeyd edilib ki, əlyazmaların elektron kataloqunun yaradılması prosesi də davam etdirilir. Artıq “Turkdilli əlyazmalar”ın elektron kataloquna 1800 kitab abidəsi daxil edilib. İnstitutun fondlarında mühafizə olunan “Miniatürlü əlyazmalar”ın elektron kataloqunun bazası yaradılıb, 67 əlyazma kataloqa salınıb. Hazırda 11 mindən çox yazı təşkil edən əlyazma abidələrinin və əski çap kitablarının elektron kataloqunun oxuculuq keyfiyyətini artırmaq məqsədilə 800 yazı redaktə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti