...

Karantin dövründə ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azalıb

Cəmiyyət Materials 21 May 2020 17:15 (UTC +04:00)
Karantin dövründə ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azalıb

Bakı. İlhamə İsabalayeva – Trend:

Araşdırmaların nəticələrinin müqayisəli təhlili göstərir ki, karantin dövründə ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azalıb.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, xüsusilə havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb. 2020-ci ilin mart-aprel-may aylarında müxtəlif çirkləndiricilərin konsentrasiyası 2019-cu ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azdır. Bunun səbəbi karantin dövründə sənaye və ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması və avtomobillərdən istifadənin kəskin azalması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti