...

Ramin Bayramlı: Ağırlaşma və ölüm hallarının çoxu evdə özünümüalicə ilə bağlıdır

Cəmiyyət Materials 22 May 2020 17:42 (UTC +04:00)
Ramin Bayramlı: Ağırlaşma və ölüm hallarının çoxu evdə özünümüalicə ilə bağlıdır

Bakı. İlhamə İsabalayeva – Trend:

Ağırlaşma və ölüm hallarının çoxu evdə özünü müalicə ilə bağlıdır.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, son zamanlar COVİD-19-a oxşar digər hallar da müşahidə edilir:

“Bu hallar bizi narahat edir. Bütün halları araşdırmaq lazımdır ki, bu, koronavirusdur, ya başqa ağırlaşmalardır”.

R.Bayramlı qeyd edib ki, ölkəyə xaricdən gələnlər arasında yoluxma halları 20 faiz təşkil edib: “Bir təyyarə reysində gələnlər arasında yoluxma göstəricisi 30 faiz olub. Bu halda bütün təyyarə ekipajı karantinə göndərilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti