...

Vətəndaş qəbulu aparılacaq müəssisələrdə sosial məsafə üçün xüsusi işarələr olmalıdır - TƏBİB

Cəmiyyət Materials 29 May 2020 18:52 (UTC +04:00)
Vətəndaş qəbulu aparılacaq müəssisələrdə sosial məsafə üçün xüsusi işarələr olmalıdır - TƏBİB

Bakı. İlhamə İsabalayeva – Trend:

Vətəndaş qəbulu aparacaq müəssisələrdə sosial məsafəni gözləməyi tövsiyə edən xüsusi işarələr olmalıdır.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O əlavə edib ki, səhiyyə müəssisələri yoluxma riski çox yüksək olan müəssisələrdir:

“Bu müəssisələrə daxil olan simptomatik olmayan insanlar digərlərini yoluxdura bilərlər. Buna görə də müəssisələrə maskasız daxil olmaq qadağan edilir. Bu məsələyə özəl müəssisələr də xüsusi diqqət yetirməlidirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti